
Biznes Təlimləri
Biznes Təlimləri
Biliklə başlayın, uğurlu biznesə doğru irəliləyin.
Təlimlərin əsas məqsədi iştirakçıların sahibkarlıq potensialını inkişaf etdirmək, biznesin idarə olunması üzrə praktiki səriştələrini gücləndirmək və biznes ideyalarını real, dayanıqlı fəaliyyətə çevirmələrinə dəstək göstərməkdir.
Təlim haqqında
İştirakçıların sahibkarlıq sahəsində bilik və bacarıqlarının artırılması məqsədilə ölkənin bütün regionlarında biznes təlimləri təşkil edilir.
Təlimlərin əsas məqsədi iştirakçıların sahibkarlıq potensialını inkişaf etdirmək, biznesin idarə olunması üzrə praktiki səriştələrini gücləndirmək və biznes ideyalarını real, dayanıqlı fəaliyyətə çevirmələrinə dəstək göstərməkdir.
Təlim proqramı çərçivəsində iştirakçılar biznes ideyasının formalaşdırılması və qiymətləndirilməsi, biznes planın hazırlanması, marketinq strategiyasının qurulması, hədəf bazarın müəyyənləşdirilməsi, rəqiblərin təhlili, məhsul və xidmətlərin mövqeləndirilməsi kimi mövzular üzrə biliklər əldə edirlər.
Təlimlər interaktiv metodlarla həyata keçirilir, iştirakçılar real biznes nümunələri üzərində işləyərək öz biznes planlarını hazırlayırlar. Eyni zamanda sahibkarlıq fəaliyyəti ilə bağlı hüquqi tələblər, vergi öhdəlikləri, sosial sığorta və digər normativ məsələlər barədə ətraflı məlumatlandırılırlar.
Təlim müddətində iştirakçılara biznes ideyalarının təkmilləşdirilməsi üçün fərdi tövsiyələr verilir. Təlimlərin sonunda hər bir iştirakçı öz biznes ideyası əsasında hazırladığı biznes planı təqdim edir.
Qeyd edək ki, biznes təlimlərini uğurla başa vuran iştirakçılar qiymətləndirmə prosesinə cəlb olunur. Qiymətləndirmə zamanı onların biznes planlarının keyfiyyəti, biznes ideyasının reallığı və dayanıqlılığı, bazar potensialı, maliyyə əsaslandırılması və təqdimat bacarıqları nəzərdən keçirilir.
Praktiki yanaşma
real biznes nümunələri üzərində işləyərək öyrənirsiniz.
Fərdi dəstək
Biznes ideyalarınızın təkmilləşdirilməsi
üçün fərdi dəstək alırsınız.
İnteraktiv Təlimlər
İştirakçılar aktiv şəkildə təlimə cəlb olunur.Bilik və bacarıqlarını artırırlar.

Sertifikat
Təlimi uğurla başa vuran iştirakçılara sertifikat təqdim olunur.

Biznes Plan Hazırlığı
İştirakçılar öz biznes ideyaları əsasında biznes plan hazırlayırlar.

Təcrübəli Təlimçilər
Sahibkarlıq və biznes sahəsində təcrübəli ekspertlər tərəfindən tədris olunur.
Təlimçilərimiz

RAFƏT ŞİRƏLİYEV
Biznes Məsləhətçisi
Rafət Şirəliyev biznesin inkişafı, sahibkarlıq və layihələrin idarə olunması üzrə ixtisaslaşmış təlimçidir. Dünya Bankı, GIZ, UNICEF və müxtəlif dövlət qurumlarının tərəfdaşlığı ilə həyata keçirilən layihələrdə təlimçi və mentor kimi iştirak etmiş, biznes planlaşdırılması, marketinq və maliyyə savadlılığı mövzularında geniş təcrübə qazanmışdır.

FUAD ORUCOV
Biznes Məsləhətçisi
Fuad Orucov biznes planlarının hazırlanması, müştəri əlaqələri, bank əməliyyatları və uyğunluq sahələrində təcrübəyə malik mütəxəssisdir. Hazırda Accelerated Career Academy-də təlimçi kimi biznes təlimlərinin keçirilməsi ilə məşğuldur. Bundan əvvəl PASHA Bank ASC-də müxtəlif vəzifələrdə çalışmışdır.
.png)
ARİF EYVAZOV
Biznes Məsləhətçisi
Arif Eyvazov təlimçilik, biznesin inkişafı, icma inkişafı, kənd investisiya layihələri və mikromaliyyə sahələrində geniş təcrübəyə malik mütəxəssisdir. Hazırda Accelerated Career Academy-də təlimçi kimi çalışır və biznes təlimlərinin keçirilməsi ilə məşğuldur. Bundan əvvəl Azərbaycan Respublikası Kənd İnkişafına Dəstək İctimai Birliyi, Dünya Bankı, İslam İnkişaf Bankı, IFAD və digər layihələr də işləmişdir.

AYDIN QULİYEV
Biznes Məsləhətçisi
Aydın Quliyev bank sektoru, kredit əməliyyatları, müştəri xidməti və peşəkar təlimlərin keçirilməsi sahəsində təcrübəyə malik mütəxəssisdir. Hazırda Accelerated Career Academy-də təlimçi kimi fəaliyyət göstərir. Əsas iş təcrübəsi Kapital Bank ASC ilə bağlıdır; burada kredit müraciətlərinin təhlili və qiymətləndirilməsi, və digər sahələrdə işləyib.
Nələri Öyrənəcəksiniz?
Biznes Planlaşdırılması
Biznes planlaşdırılması sahibkarlıq fəaliyyətinin uğurlu şəkildə həyata keçirilməsi üçün əsas mərhələlərdən biridir. Bu proses zamanı biznes ideyası formalaşdırılır.
Marketinq Strategiyası
Marketinq strategiyası məhsul və ya xidmətin bazarda düzgün şəkildə tanıdılması və hədəf müştərilərə çatdırılması üçün hazırlanmış fəaliyyət planıdır.
Rəqib Analizi
Rəqib analizi biznesin fəaliyyət göstərəcəyi bazarda mövcud olan rəqiblərin araşdırılması və qiymətləndirilməsi prosesidir.
Hüquqi və Vergi Məsələləri
Hüquqi və vergi məsələləri biznesin qanunlara uyğun şəkildə fəaliyyət göstərməsi üçün vacib olan qaydaları əhatə edir.