Xəbərlər


Qazilərimizin və Şəhid ailələrinin iştirakı ilə ilk biznes təlimimiz uğurla baş tutdu.
Dünya Bankının maliyyə dəstəyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə həyata keçirilən “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində Vətəndaşların sahibkarlıq biliklərinin artırılmasına yönəlmiş biznes təlimləri təşkil olunur.
🎯 Təlimlərin əsas məqsədi benefisiarların biznes biliklərini artırmaq, sahibkarlıq potensialını inkişaf etdirmək və ideyalarını real fəaliyyətə çevirmələrinə dəstək olmaqdır.
🤝 Qazilərimizin və Şəhid ailələrinin iqtisadi fəallığının artırılması, onların sahibkarlıq sahəsində bilik və bacarıqlarının gücləndirilməsi təlimlərin əsas dəyərlərindən biridir.
📚 Accelerated Career Academy tərəfindən həyata keçirilən təlimlərdə iştirakçılar biznes ideyasının formalaşdırılması, biznes planın hazırlanması, marketinq strategiyası, bazar və rəqib təhlili, maliyyə əsaslandırılması, hüquqi tələblər, vergi və sosial sığorta məsələləri üzrə praktiki biliklər əldə edirlər.
"Bərbər" peşəsində beynəlxalq səviyyədə tanınmaq indi mümkündür.
Mesleki Yeterlilik Kurumundan akkreditasiyadan keçmiş Lonca Belgelendirme şirkəti ilə Accelerated Career Academy arasında olan rəsmi tərəfdaşlıq nəticəsində Azərbaycanda ilk dəfə beynəlxalq səviyyədə tanınma məqsədi ilə Bərbər" peşə ixtisası üzrə imtahan həyata keçiririk. İmtahanı uğurla keçən iştirakçılar 50-dən çox ölkədə etibarlı olan beynəlxalq peşə sertifikatı əldə edirlər.

Qlobal Tərəfdaşlıq Çərçivəsində,Qlobal Uğur. Beynəlxalq Tenderin Qalibi
Accelerated Career Academy ölkə əhəmiyyətli strateji layihənin qalibi oldu!🏆
Dünya bankının maliyyələşdirdiyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin sifarişi ilə həyata keçirilən “Məşğulluğa Dəstək Layihəsi” nin 2026-2029-cu illər ərzində icrası şirkətimizə həvalə olunub!✨
Qeyd edək ki, layihə çərçivəsində 36.000 vətəndaşın prosesə cəlb olunması nəzərdə tutulur. Sözügedən təşəbbüs, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən işsiz vətandaşların sosial və iqtisadi inkişafını dəstəkləməyi hədəfləyir.
Azərbaycanda ilk olaraq "Bərbər" peşə
ixtisası üzrə Avropa standartlarına cavab
verən imtahan
Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sifarişi əsasında Accelerated Career Academy tərəfindən həyata keçirilən “Azərbaycanda Məcburi Köçkünlərin Həyat Şəraitinin Yaxşılaşdırılması” layihəsi çərçivəsində “bərbər” peşəsi üzrə təlimləri uğurla başa vuran benefisiarlar beynəlxalq səviyyəli sertifikasiya imtahanında iştirak ediblər.

Qarabağda Gələcək:
Məcburi Köçkünlər üçün
Əmək Yarmarkası
24 may 2025-ci il tarixində, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sifarişi və Accelerated Career Academy-nin tərəfdaşlığı ilə Passage 1901 mərkəzində “Qarabağda Gələcək” adlı yarmarka uğurla təşkil olundu! 🇦🇿

Qarabağda Gələcək və Accelerated Career Academy tərəfdaşlığı ilə birgə Sahibkarlara Brendləşmə Təlimi
Məcburi köçkünlərin sahibkarlıq fəaliyyətlərinə dəstək göstərmək məqsədilə "Brendləşmə" üzrə təlim həyata keçirdik. Bu təşəbbüs onların öz bizneslərini peşəkar şəkildə qurmasına, məhsul və xidmətlərini düzgün təqdim etməsinə, həmçinin bazarda tanınan, güclü markalar yaratmasına xidmət edir.
.jpeg)
Tikişçi ixtisası üzrə təltifetmə mərasimi
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyinin sifarişi əsasında “Accelerated Career Academy” MMC tərəfindən təşkil edilmiş növbəti “tikişçi” peşə hazırlığı kursları uğurla yekunlaşmışdır
.jpeg)
'Böyük Qayıdış' layihəsi çərçivəsində Tikişçi Peşə
Hazırlığı Kursları
2 Sentyabr 2024-cü ildən etibarən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin sifarişi ilə “Accelerated Career Academy” MMC tərəfindən təşkil olunan “tikişçi” peşə hazırlığı kurslarının 1-ci və 2-ci mərhələsi üzrə statistik məlumatları diqqətinizə təqdim edirik.
Tikişçi - Dərzi ixtisası üzrə təlimçimiz
Mübarək Hüseynovanın Uğur Hekayəsi
Accelerated Career Academy təlimçilərindən biri olan və Ağdam rayonundan keçmiş məcburi köçkün Mübarək Hüseynovadır.
⭐️ Qəhrəmanımız hazırda Xankəndi şəhərində yerləşən tikiş fabrikində təşkil olunan peşə hazırlığı kurslarında təlimçi kimi fəaliyyət göstərir.
Uğur hekayəsini həmsöhbətimizin özündən dinləyək

Accelerated Career Academy və BMT Qaçqınlar üzrə Ali Komissarlığı: Qaçqınlar üçün Uğurlu
Peşə Hazırlığı Layihəsi
Sevinc hissi ilə daha bir uğurlu əməkdaşlığımızı sizinlə paylaşırıq. Belə ki, “Accelerated Career Academy” ”BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəliyi“ ilə birgə peşə hazırlığı istiqamətində layihəni müvəffəqiyyətlə həyata keçirmişdir. Layihə çərçivəsində ölkəmizdə məskunlaşmış qaçqınlar üçün müxtəlif istiqamətlər üzrə peşə hazırlığı kursları təşkil olunmuşdur.
