top of page

Accelerated Career Academy işğaldan azad olmuş ərazilərdə fəaliyyətini davam etdirir.
22-24 iyul tarixlərində ACADEMY tərəfindən Xankəndi şəhərində tezliklə fəaliyyətə başlayacaq tikiş müəssisəsində çalışacaq kadrların seçimi üçün müsahibələr təşkil edilmişdir. Müsahibələrdə Xankəndi şəhəri və ətraf regionlar daxil olmaqla ümumilikdə 204 nəfər iştirak etmişdir. Qeyd edək ki, müsabiqədən uğurla keçmiş vətəndaşlar ilk öncə 2 aylıq ödənişsiz və təqaüdlü imkanlarla peşə hazırlıq kursuna cəlb olunacaqlar.






bottom of page