top of page

Dövlət Məşğulluq Agentliyi" ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən "Tikiş avadanlıqlarının operatoru, tikişçi"
ixtisası üzrə müdavimlərin təltifetmə mərasimi

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyinin sifarişi əsasında “Accelerated Career Academy” MMC tərəfindən təşkil edilmiş növbəti “tikişçi” peşə hazırlığı kursları uğurla yekunlaşmışdır. Sözügedən kurslar, məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışını sürətləndirmək, onların iqtisadi fəaliyyətlərə inteqrasiyasını təmin etmək və məşğulluq imkanlarını genişləndirmək məqsədini daşıyır.

Peşə təhsili proqramı çərçivəsində ümumilikdə 504 nəfər müdavim nəzəri və praktiki biliklərə yiyələnmiş, peşə sahəsində tələb olunan bacarıqları mənimsəmişdir. Kursları müvəffəqiyyətlə bitirən müdavinlərdən 199 nəfəri artıq Xankəndi şəhərində fəaliyyət göstərən fabrik və sexlərdə əmək fəaliyyətinə cəlb olunmuşdur. Hazırda yeni yekunlaşmış qrupda 170 nəfər müdavinə sertifikat təqdim olunmuş və onların iş yerlərinə göndərişləri verilmişdir.

Məzunlarımızı sertifikatları təqdim etmək məqsədilə 10 mart 2025-ci il tarixində Bərdə şəhəri Peşə Hazırlıq Mərkəzində xüsusi mərasim təşkil olunmuşdur. Tədbirdə dövlət xadimləri, Dövlət Məşğulluq Agentliyinin nümayəndələri və digər rəsmi şəxslər iştirak etmişdir.
Bu təşəbbüs, Azərbaycan Respublikasının “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində həyata keçirilən mühüm fəaliyyətlərdən biri kimi, məcburi köçkünlərin peşəkar inkişafını və iqtisadi müstəqilliyini təmin etməyə yönəlmişdir. Bu cür proqramlar, həm sosial-iqtisadi dayanıqlılığın artırılmasına, həm də işğaldan azad edilmiş ərazilərdə dayanıqlı yaşayış məntəqələrinin formalaşmasına mühüm töhfə verir.

"Dövlət Məşğulluq Agentliyi" ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən "Tikiş avadanlıqlarının operatoru, tikişçi" 2
"Dövlət Məşğulluq Agentliyi" ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən "Tikiş avadanlıqlarının operatoru, tikişçi" 1
"Dövlət Məşğulluq Agentliyi" ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən "Tikiş avadanlıqlarının operatoru, tikişçi" 3
bottom of page