top of page
"Azərbaycanda Məcburi Köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması" layihəsi/ Layihələr

"AZƏRBAYCANDA MƏCBURİ KÖÇKÜNLƏRİN HƏYAT ŞƏRAİTİN YAXŞILAŞDIRILMASI" LAYİHƏSİ
"Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması" layihəsi, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən 2023–2025-ci illəri əhatə edən sosial yönümlü bir təşəbbüsdür. Layihənin əsas məqsədi məcburi köçkün icmasının həyat şəraitini yaxşılaşdırmaq, onların sosial inteqrasiyasını gücləndirmək və yeni iqtisadi imkanlar yaratmaqdır.
Accelerated Career Academy-nin tərəfdaşlığı ilə həyata keçirilən layihədə 500 nəfər iştirak edib və onların 450-dən çoxu təlim proqramını uğurla başa vuraraq yeni bacarıqlara sahib olub.
Layihə çərçivəsində iştirakçılar həm nəzəri biliklər, həm də praktiki bacarıqlar qazanaraq, gündəlik həyat keyfiyyətlərini və gələcək karyera imkanlarını artırmaq imkanı əldə ediblər.



