top of page
"Məşğulluğa Dəstək" layihəsi / Layihələr

"MƏŞĞULLUĞA DƏSTƏK" LAYİHƏSİ
"Məşğulluğa Dəstək" layihəsi, Dövlət Məşğulluq Agentliyi tərəfindən təşkil olunmuş və 2023–2025-ci illəri əhatə edən genişmiqyaslı bir təşəbbüsdür. Layihənin məqsədi işaxtaran şəxslərin peşə bacarıqlarını inkişaf etdirmək, onların əmək bazarına inteqrasiyasını asanlaşdırmaq və dayanıqlı məşğulluğu təmin etməkdir.
Accelerated Career Academy-nin tərəfdaşlığı ilə həyata keçirilən bu layihədə indiyə qədər 900-dən çox insan iştirak edib. Onlardan 800-dən çoxu proqramı uğurla başa vuraraq, yeni bilik və bacarıqlarla əmək bazarında mövqelərini gücləndirib.
Layihə, həm nəzəri, həm də praktiki təlim modullarını birləşdirərək, iştirakçılara real iş şəraitinə uyğun təcrübə qazandırır və onların karyera inkişafına mühüm töhfə verir.





bottom of page




