"Məcburi Köçkünlər və həssas icma üzvlərinin iqtisadi imkanlarının
gücləndirilməsi və yaşayış səviyyəsinin artırılmasına dəstək" layihəsi/ Layihələr

"MƏCBURİ KÖÇKÜNLƏR VƏ HƏSSAS İCMA ÜZVLƏRİNİN İQTİSADİ İMKANLARININ GÜCLƏNDİRİLMƏSİ VƏ YAŞAYIŞ SƏVİYYƏSİNİN ARTIRILMASINA DƏSTƏK" LAYİHƏSİ
"Məcburi Köçkünlər və Həssas İcma Üzvlərinin İqtisadi İmkanlarının Gücləndirilməsi və Yaşayış Səviyyəsinin Artırılmasına Dəstək" layihəsi, BMT İnkişaf Proqramı (UNDP) tərəfindən 2023–2024-cü illərdə həyata keçirilmişdir. Layihənin məqsədi məcburi köçkünlər və həssas icma üzvlərinin iqtisadi imkanlarını genişləndirmək, onların gəlir əldəetmə potensialını artırmaq və ümumi yaşayış səviyyəsini yaxşılaşdırmaqdır.
Accelerated Career Academy-nin tərəfdaşlığı ilə həyata keçirilən layihədə 6 nəfər iştirak etmiş və bütün iştirakçılar təlim proqramını uğurla başa vuraraq yeni bilik və bacarıqlar qazanmışdır.
Layihə çərçivəsində təqdim olunan təlimlər iştirakçıların peşə inkişafına, maliyyə savadlılığına və sosial inteqrasiyasına mühüm töhfə vermişdir.