"Məşğulluğa Dəstək Layihəsi" / Layihələr



"MƏŞĞULLUĞA DƏSTƏK LAYİHƏSİ"
Dünya Bankının maliyyələşdirdiyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişilə “Məşğulluğa Dəstək Layihəsi”nin 2026–2029-cu illər üzrə icrası Latviya Ticarət və Sənaye Palatası (LCCI) və “Accelerated Career Academy” MMC-dən (ACA) ibarət konsorsium tərəfindən təmin edilir.
“Məşğulluğa Dəstək Layihəsi”nin əsas məqsədi həssas əhali qruplarının davamlı məşğulluq imkanlarına çıxışını genişləndirmək, onların əmək bazarında rəqabət qabiliyyətini artırmaq və sosial-iqtisadi rifahının yüksəldilməsinə dəstək verməkdir. Layihə çərçivəsində 36.000 vətəndaşın prosesə cəlb olunması nəzərdə tutulur. Bu məqsədlə layihə çərçivəsində işsiz şəxslərin peşə və sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi, özünüməşğulluq və kiçik biznes fəaliyyətlərinin təşviqi, eləcə də məşğulluq imkanlarının artırılmasına yönəlmiş təlim, məsləhət və dəstək xidmətləri həyata keçirilir.
Bununla yanaşı, layihə inklüziv məşğulluğun təşviqinə, əmək bazarında bərabər imkanların yaradılmasına və insan kapitalının inkişafına töhfə verməklə ölkənin dayanıqlı sosial-iqtisadi inkişafını dəstəkləyir.



