top of page

The Future in Karabakh:
Job Fair for Internally Displaced Persons

Ekran şəkli 2025-06-13 193530.png

24 may 2025-ci il tarixində, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sifarişi və Accelerated Career Academy-nin tərəfdaşlığı ilə Passage 1901 mərkəzində “Qarabağda Gələcək” adlı yarmarka uğurla təşkil olundu! 🇦🇿

Bu yarmarkanın əsas məqsədi məcburi köçkünlərin sosial və iqtisadi reabilitasiyasını dəstəkləmək, onların peşə bacarıqlarını inkişaf etdirmək və əmək bazarına inteqrasiyasına şərait yaratmaqdı

Tədbirdə Komitənin sədr müavini Fuad Hüseynov, Layihə İdarəetmə qrupunun rəhbəri Kamran Ağaməliyev, Accelerated Career Academy-nin direktoru Samirə Quliyeva və tədbirin media tərəfdaşı olan SOY Production-un rəhbəri Dilarə Əliyeva çıxış edərək iştirakçıları təbrik etdi, onların əldə etdikləri uğurları yüksək qiymətləndirdilər və gələcək fəaliyyətlərində uğurlar arzuladı.

Tədbirin bədii hissəsində xalq artisti Gülyaz Məmmədova və müğənni Nərmin Kərimbəyova öz ifaları ilə tədbirə xüsusi rəng qatdılar. Musiqili çıxışlar ziyarətçilər tərəfindən böyük maraqla qarşılandı.

Qarabağda sabit, dayanıqlı və innovativ gələcəyin qurulmasına doğru atılan bu addım, həm də birliyin və əməkdaşlığın gözəl bir nümunəsi oldu!

academy logo.png
About us
Our vacancies
Announcements
Contact number

+994 70 377 77 29

Our employees
Vocational training courses
News
Our graduates
Projects
Personnel Bank
Educational consultation
Gallery
Articles
Address

Azerbaijan, Baku, Khojaly Ave. 8

© 2025 Accelerated Career Academy, LLC

bottom of page