"Dövlət Məşğulluq Agentliyi" ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən
"Tikiş avadanlıqlarının operatoru, tikişçi"
ixtisası üzrə müdavimlərin təltifetmə mərasimi
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyinin sifarişi əsasında “Accelerated Career Academy” MMC tərəfindən təşkil edilmiş növbəti “tikişçi” peşə hazırlığı kursları uğurla yekunlaşmışdır. Sözügedən kurslar, məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışını sürətləndirmək, onların iqtisadi fəaliyyətlərə inteqrasiyasını təmin etmək və məşğulluq imkanlarını genişləndirmək məqsədini daşıyır.
Accelerated Career Academy-dən 'Böyük Qayıdış' layihəsi çərçivəsində Tikişçi Peşə
Hazırlığı Kursları
2 Sentyabr 2024-cü ildən etibarən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin sifarişi ilə “Accelerated Career Academy” MMC tərəfindən təşkil olunan “tikişçi” peşə hazırlığı kurslarının 1-ci və 2-ci mərhələsi üzrə statistik məlumatları diqqətinizə təqdim edirik.
Qeyd edək ki, bu layihə “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə məcburi köçkünlərin məskunlaşması və sosial rifahının təmin edilməsi məqsədilə həyata keçirilir.
Tikişçi - Dərzi ixtisası üzrə təlimçimiz
Mübarək Hüseynovanın uğur hekayəsi.
Accelerated Career Academy təlimçilərindən biri olan və Ağdam rayonundan keçmiş məcburi köçkün Mübarək Hüseynovadır.
⭐️ Qəhrəmanımız hazırda Xankəndi şəhərində yerləşən tikiş fabrikində təşkil olunan peşə hazırlığı kurslarında təlimçi kimi fəaliyyət göstərir.
Uğur hekayəsini həmsöhbətimizin özündən dinləyək
Accelerated Career Academy və BMT Qaçqınlar üzrə Ali Komissarlığı: Qaçqınlar üçün Uğurlu
Peşə Hazırlığı Layihəsi
Sevinc hissi ilə daha bir uğurlu əməkdaşlığımızı sizinlə paylaşırıq. Belə ki, “Accelerated Career Academy” ”BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəliyi“ ilə birgə peşə hazırlığı istiqamətində layihəni müvəffəqiyyətlə həyata keçirmişdir. Layihə çərçivəsində ölkəmizdə məskunlaşmış qaçqınlar üçün müxtəlif istiqamətlər üzrə peşə hazırlığı kursları təşkil olunmuşdur. Ümumilikdə 9 ixtisas üzrə 67 nəfər benefisiar hazırlığa cəlb olunmuş və həmin kursları müvəffəqiyyətlə yekunlaşdırmışdır. Uğurlu layihəmizin təltifetmə mərasimindən şəkilləri sizlərlə paylaşırıq.
Xankəndi şəhərində kurslarımız uğurla davam edir.
Dövlət Məşğulluq Agentliyi ilə əməkdaşlıq edən “Accelerated Career Academy” Xankəndi şəhərində “tikiş avadanlıqlarının operatoru , tikişçi ixtisası” üzrə peşə hazırlığı kurslarını uğurla davam etdirir.
Layihənin ilkin mərhələsi üzrə peşəkar təlim almış 156 nəfər hazırda işlə təmin olunmuşdur. Ümumilikdə isə burada 800 iş yerinin yaradılması nəzərdə tutulur. Xankəndi şəhərində fəaliyyət göstərən “Business Tex JV” MMC tikiş fabriki işğaldan azad edilmiş ərazilərə qayıdan və ətraf rayonlarda yaşayan vətəndaşların məşğulluğunun təmin olunmasında mühüm rol oynayacaq.
23 Sentyabr 2023 - ildən etibarən həyata keçirilən
iri miqyaslı layihəmiz "Azərbaycanda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması" layihəsinin illik hesabatı!
23 Noyabr 2023-cü ildən etibarən "Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə dövlət komitəsi" ilə birlikdə həyata keçirilən iri miqyaslı layihəmiz- Azərbaycanda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması layihəsinin illik hesabat xarakterli statistik məlumatlarını təqdim edirik.
Qeyd edək ki, bu layihə işğaldan azad olunmuş ərazilərə köçəcək məcburi köçkünlər, xüsusilə həssas qruplardan olan vətəndaşlar üçün nəzərdə tutulmuşdur.
"Birgə tərəfdaşlığımızın daha bir parlaq nəticəsini sizinlə paylaşırıq!"
25 oktyabr tarixində “Accelerated Carer Academy”-nin tərəfdaşlığı ilə həyata keçirilən “Azərbaycanda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması” layihəsi müdavimlərinin təltifetmə mərasimi baş tutdu.
Sözügedən tədbirdə ilk olaraq layihənin icra qrupunun rəhbəri Kamran Ağamalıyev layihənin əhəmiyyəti və məqsədi haqqında tədbir iştirakçılarına məlumat verdi. Peşə təhsil müəssisələrinin rəhbərləri və sahibkarların iştirakı ilə baş tutan tədbirdə, daha sonra tələbələr öz əl işlərini nümayiş etdirdilər.
Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə məcburi köçkünlərin məskunlaşması və sosial rifahının təmin edilməsi məqsədilə həyata keçirilən peşə təhsili proqramı uğurla başa çatdı.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin sifarişi ilə “Accelerated Career Academy” MMC tərəfindən təşkil olunan “tikişçi” peşə hazırlığı kurslarının ilk mərhələsi uğurla yekunlaşıb. 163 nəfər müdavim tədris prosesini müvəffəqiyyətlə tamamlayaraq, işlə təmin olunmaq üçün hazırlanıb. Onlar yaxın vaxtlarda Xankəndi şəhərində təməli Azərbaycan və Özbəkistan Respublikalarının Prezidentləri tərəfindən qoyulmuş tikiş fabrikində işlə təmin olunacaqlar.
Xankəndi şəhərində Dərzi və Yük daşıma
mütəxəssisi üzrə təlimlərimiz yekunlaşdı!
"Dövlət Məşğulluq Agentliyi" - nin sifarişi əsasında "Accelerated Career Academy" tərəfindən Xankəndi şəhərində həyata keçirilən "Tikişçi" və "Yük daşıma mütəxəssisi" ixtisası üzrə təlimlərimiz uğurla davam edir. Ümumilikdə 259 nəfər məcburi köçkün Xankəndi şəhərində təlimlərdə iştirak edir. Növbəti mərhələdə onlar iş ilə təmin olunacaqlar.
28 Sentyabr 2024 - Təltifetmə
mərasiminin video görüntüləri!
Accelerated Career Academy tərəfdaşlığı ilə, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilən 28 Sentyabr "Azərbaycanda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması" layihəsi çərçivəsində peşə hazırlığı kurslarına cəlb olunmuş müdavimlər üçün keçirilən təltifetmə tədbirinin video görüntülərini sizinlə paylaşırıq.
Çəkiliş zamanı göstərdiyi dəstəyə görə NextGen Consulting şirkətinə təşəkkürümüzü bildiririk.
Daha bir uğurlu nəticəmizi sizinlə paylaşırıq!
28 Sentyabr tarixində @acceleratedcareeracademy -nin tərəfdaşlığı ilə həyata keçirilən “Azərbaycanda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması” layihəsi çərçivəsində regionlarda peşə hazırlığı kurslarına cəlb olunmuş müdavimlər üçün təltifetmə tədbiri təşkil edilmişdir.
Qeyd edək ki, layihənin ilkin mərhələsində 222, ikinci mərhələsində isə 318 nəfər olmaqla, ümumilikdə 540 nəfər məcburi köçkün təlimlərdən yararlanmış, onların məşğulluğuna və şəxsi biznesin inkişafına dəstək göstərilmişdir.
Sözügedən layihənin uğurla həyata keçirilməsində dəstək olan tərəfdaşlarımıza təşəkkürümüzü bildiririk!
Accelerated Career Academy tərəfindən Xankəndi şəhərində açılacaq fabrikin işçi heyətinin seçimi həyata keçirilir.
İşgüzar Klub üzvləri Xankəndi şəhərində görüş keçirib.
23 avqust tarixində Xankəndi şəhərində, Palace Oteldə sahibkarlar və təhsilverənlərlə keçirilən görüşdə regionda tarazlı inkişaf imkanları, dövlət və özəl qurumların bu sahədə fəaliyyəti, investisiya və məşğulluq imkanların istiqamətində müzakirə həyata keçirilib.Biznes və təhsil subyektləri arasında səmərəli əməkdaşlığın qurulması yolu ilə ölkəmizdə işsizliyin aradan qaldırılmasında dövlət siyasətinə dəstək olacaq, eləcə də əhalinin Qarabağda dayanıqlı məskunlaşmasına töhvə verəcək İşgüzar Klub artıq işğaldan azad olmuş ərazilərimizdə yeni açılmış istehsalat obyektləri ilə əlaqələrini genişləndirməkdə davam edir.
Accelerated Career Academy - nin rəhbəri Samirə Quliyeva Founder Clubun qonağı olub. “Sahibkarla Biznes və Təhsil” mövzusunda təşkil olunmuş görüşdə Accelerated Career Academy tərəfindən həyata keçirilən layihələr barədə məlumat verilib.
Accelerated Career Academy bölgələrdə fəaliyyətini davam etdirir. 22-24 iyul tarixlərində ACA-DEMY tərəfindən daha bir bölgəmizdə - Ağdam şəhərində Xankəndində tezliklə fəaliyyətə başlayacaq tikiş müəssisəsində çalışacaq kadrların seçimi üçün müsahibələr təşkil edilmişdir. Müsahibədə Ağdam və ətraf regionlardan 104 nəfər iştirak etmişdir. Qeyd edək ki, müsabiqədən uğurla keçmiş vətəndaşlar ilk öncə 2 aylıq ödənişsiz və təqaüdlü imkanlarla peşə hazırlıq kursuna cəlb olunacaqlar.
26 İyul tarixində Dövlət Məşğulluq Agentliyi ilə əməkdaşlıq çərçivəsində Accelerated Career Academy tərəfindən həyata keçirilən “Tikişçi” “Bərbər” “Geyim üzrə dizayner” və “Aşpaz” peşəsi üzrə hazırlıq kursunu keçmiş müdavimlərin təltifetmə mərasimi keçirildi. Tədbirdə kursu uğurla bitirmiş məzunlar əl işlərini qonaqlara nümayiş etdirdilər. Sonda bütün məzunlara sertifikatlar təqdim olundu və xatirə şəkili çəkildi.
Qeyd edək ki, əməkdaşlığımızın bu mərhələsində 4 ixtisas üzrə 77 müdavim məzun olmuşdur, onlardan 50%-nin işlə təmin olunmasına dəstək göstərilmişdir.
Accelerated Career Academy işğaldan azad olmuş ərazilərdə fəaliyyətini davam etdirir.
22-24 iyul tarixlərində ACADEMY tərəfindən Xankəndi şəhərində tezliklə fəaliyyətə başlayacaq tikiş müəssisəsində çalışacaq kadrların seçimi üçün müsahibələr təşkil edilmişdir. Müsahibələrdə Xankəndi şəhəri və ətraf regionlar daxil olmaqla ümumilikdə 204 nəfər iştirak etmişdir. Qeyd edək ki, müsabiqədən uğurla keçmiş vətəndaşlar ilk öncə 2 aylıq ödənişsiz və təqaüdlü imkanlarla peşə hazırlıq kursuna cəlb olunacaqlar.
Əsas fəaliyyət istiqamətimiz olan peşə hazırlığı və məşğulluq imkanlarının genişləndirilməsi" çərçivəsində Böyük Qayıdış Dövlət Proqramı"nın icrasına dəstək məqsədi ilə həyata keçirilən əhəmiyyətli layihələrin icrasında Accelerated Career Academy - nin fəaliyyəti və gözlənilən nəticələri barədə məlumat verdik!
Accelerated Career Academy tərəfindən “Azərbaycanda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması” layihəsi çərçivəsində müsahibələr nəticəsində seçilmiş 318 nəfər üçün paytaxt və bölgələrdə 31 ixtisas üzrə peşə hazırlığına start verildi. Peşə hazırlığı ilə yanaşı, həmin vətəndaşların məşğulluğuna da dəstək göstəriləcəkdir.
"Business Tex Jv" kadr hazırlığını ACADEMY - ə həvalə etdi!
Belə ki, "Accelerated Career Academy" Müəssisə"nin Xankəndi şəhərində yerləşən istehsalat bazarında "Tikiş avadanlıqlarının operatoru, tikişçi", "Yük daşıma mütəxəssisi", "Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi" və digər ixtisaslar üzrə təlim - tədris prosesinin təşkilini həyata keçirəcək.
Accelerated Career Academy tərəfindən “Azərbaycanda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması” layihəsi çərçivəsində Bakı və regionlar- Ağdam, Füzuli, Ağcabədi, Bərdə, Mingəçevir, Şəki, Oğuz, Qəbələ daxil olmaqla 677 nəfərlə müsahibələr təşkil edilmişdir. Müsahibələr nəticəsində seçilmiş 318 nəfərə paytaxt və bölgələrdə 31 ixtisas üzrə peşə hazırlığı təşkil olunacaq və məşğulluğuna dəstək göstəriləcəkdir.
Qənnadçı - Şirniyyatçı təliminin
son günü!
"Qənnadçı - Şirniyyatçı" peşəsi üzrə 1 aylıq təlimimiz uğurla
başa çatdı.
1 ay müddətində tələbələrimizə dəstək olan, onlara bu peşəni ən incə detallarına qədər öyrədən təlimçimiz Gülnar xanıma @honeycake_pastryschool öz təşəkkürümüzü bildiririk!
Geyim üzrə dizayner təliminin
son günü!
"Geyim üzrə dizayner" peşəsi üzrə 1 aylıq təlimimizin son günü!
Bu müddət ərzində tələbələrimizə dəstək olan, onlara bu peşəni ən incə detallarına qədər öyrətməyə çalışan @by_aynur___ @leyacouture və @pari.azade - yə öz təşəkkürümüzü bildiririk!
"Laçında peşə öyrən" adlı
peşə yarmarkası!
“Laçında peşə öyrən” adlı peşə yarmarkasında peşəkar komandamız ilə müxtəlif peşələr üzrə keçirilən master – klasslardan növbəti görüntülər!
Onu da qeyd edək ki, “Accelerated Career Academy” – də eyni zamanda Proqramlaşdırma, Mühasibatlıq, Qrafik Dizayn, İnteryer Dizayn, Rəqəmsal Marketinq, SMM və bu kimi digər ixtisaslar üzrə də müxtəlif kurslar təşkil edilir.
Məcburi köçkünlər üçün
Tam Ödənişsiz Kurslar!
Məcburi Köçkünlər üçün ödənişsiz kurslara qeydiyyat başladı!
▪️Dərzi
▪️Aşpaz
▪️Vizajist
▪️Baytar köməkçisi
▪️Satıcı/Kassir
kurslarında iştirak etməklə siz ⤵️
▪️Rəsmi sertifikat;
▪️Real iş mühitində praktika;
▪️İşlə təminat!
və bu kimi digər xidmətlərimizdən yararlanacaqsınız!
"Laçında peşə öyrən!"adlı
peşə yarmarkası!
“Laçında peşə öyrən” adlı peşə yarmarkası keçirildi!
Dövlət Məşğulluq Agentliyi tərəfindən işğaldan azad olunmuş ərazilərimizdə keçirilən “Peşə Yarmarkası” -nda iştirak edən “Accelerated Career Academy” öz peşəkar komandası ilə müxtəlif peşələr üzrə master – klasslar təşkil edib.
Tədbirdə iştirak etməkdə əsas məqsədimiz, işaxtaran və işsiz şəxsləri peşələrə yönləndirərək, qısa müddət ərzində əmək bazarının tələblərinə cavab verən ixtisaslı kadrların hazırlanmasına və işlə təmin olunmasına dəstək olmaqdır.
Onu da qeyd edək ki, “Accelerated Career Academy” – də eyni zamanda Proqramlaşdırma, Mühasibatlıq, Qrafik Dizayn, İnteryer Dizayn, Rəqəmsal Marketinq, SMM və bu kimi digər ixtisaslar üzrə də müxtəlif kurslar təşkil edilir.
Sahibkar xanımlar üçün İşgüzar İstirahət!
Sahibkarlar xanımlar üçün əla fürsət!
İşgüzar görüş, təlim və istirahət bir arada!
Accelerated Career Academy və İşgüzar Klub - un birgə təşkil etdiyi "İŞGÜZAR İSTİRAHƏT" - də siz:⤵️
▪️Protokol diplomatik və işgüzar təlim;
▪️İşgüzar geyim üslubu;
▪️Yoqa təlimlərində iştirak edərək həm dincələcək, həm yeni biliklər əldə edəcək, həm də networkinq əlaqələrinizi genişləndirmiş olacaqsınız!
👉Daha ətraflı məlumat üçün formu doldura, və ya göstərilən nömrə ilə birbaşa əlaqə saxlaya bilərsiniz!
"Laçında peşə öyrən!"
24 aprel tarixində, Accelerated Career Academy- nin təşkilati dəstəyi ilə Dövlət Məşğulluq Agentliyi tərəfindən işğaldan azad olunmuş ərazilərimizdə ilk dəfə "Peşə Yarmarkası" həyata keçirilib.
"Laçında peşə öyrən!" adlı yarmarkada peşəkar mütəxəssis komandamızla müxtəlif peşələr üzrə masterklaslar təşkil edilib.

Məcburi Köçkünlər üçün Ödənişsiz kurslar!
Qarabağa qayıdacaq məcburi köçkünlərə dəstək olmaq məqsədilə həyata
keçirilən layihəyə qeydiyyat davam edir!
Əgər siz də, ⤵️
▪️Rəsmi sertifikat;
▪️Real iş mühitində praktika;
▪️İşlə təminat!
və bu kimi digər xidmətlərimizdən yararlanmaq istəyirsinizsə, rəy bölməsinə➕ işarəsi qoymağınız kifayətdir!

ACA - DEMY XANKƏNDİDƏ!
İşğaldan azad olunmuş ərazilərdə iki ay ərzində 222 nəfər peşə təliminə cəlb edilib!Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə birgə layihələr həyata keçirən Accelerated Career Academytərəfindən işğaldan azad olunmuş ərazilərdə peşə hazırlığı ilə yanaşı sosial psixioloji dəstək, peşəkar təlimçilərin iştirakı ilə master klassların təşkili planlaşdırılır.
TƏLTİFETMƏ TƏDBİRİ!
Daha bir layihəmizin uğurlu nəticələrini paylaşırıq! ��2 fevral tarixində Accelerated Career Academy -nin tərəfdaşlığı ilə həyata keçirilən “Azərbaycanda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması” layihəsi müdavimlərinin təltifetmə mərasimi baş tutdu.Azərbaycan Respublikası Qaçqın və Məcburi Köçkünlərlə işlər üzrə Dövlət Komitəsinin nümayəndələri, peşə təhsil müəssisələrinin rəhbərləri və sahibkarların iştirakı ilə baş tutan tədbirdə məzunlara dəstək olmaq məqsədilə Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası tərəfindən işgüzar mövzularda təlimlər keçirilib.

MASTER - CLASS
Bölgələrdə yaşayan qənnadçı və bərbərlərin nəzərinə ! ! !18 fevral tarixində Accelerated Career Academy tərəfindən Qəbələ Garden oteldə @stilist_rovshan , @mr.taliboff , @honeycake_pastryschool və onların peşəkar komandası tərəfindən Bərbər✂️ və Qənnadçı 👩🍳üçün masterclasslar keçiriləcək.Siz də peşəkar biliklərinizi artırmaq istəyirsinizsə aşağıda "Qeydiyyatdan keç" yazısının üzərinə klik edə bilərsiniz.
.webp)
ACA - DEMY BƏRDƏDƏ!
Accelerated Career Academy tərəfdaşlığı ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilən "Azərbaycanda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması" layihəsinin regionlarda təşkil olunan müsahibələrin ilkin mərhələsi başa çatdı.Beləki, ACA-DEMY tərəfindən ümumilikdə 9 region- Qəbələ, Oğuz, Yevlax, Mingəçevir, Ağdam, Bərdə, Ağcəbədi, Beyləqan və Tərtərdə məskunlaşmış 125 nəfər məcburi köçkünlə görüşlər həyata keçirilmiş və müvafiq ixtisaslar üzrə peşə hazılıq kurslarına cəlb olunmaları məqsədilə müsahibələr təşkil edilmişdir.Qeyd edək ki, sözügedən layihə çərçivəsində işğaldan azad olunmuş ərazilərə qayıdacaq məcburi köçkünlərin yeni mühitə inteqrasiyasına, bacarıqların artırılması yolu ilə məşğulluğuna və ya şəxsi biznes qurmalarına dəstək göstəriləcəkdir.
.webp)
QAYIDIŞIN BİZİMLƏ OLSUN!
“Accelerated Career Academy” Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi tərəfindən icra olunan “Azərbaycanda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması” layihəsinə qoşuldu. Layihə çərçivəsində məcburi köçkünlərin peşəkar bacarıqları inkişaf etdiriləcək, eləcə də məşğulluq və ya şəxsi biznesin inkişafına dəstək veriləcəkdir.Layihəyə qoşulmaq üçün (+994 55 900 14 98; +994 55 900 14 99) nömrələri ilə əlaqə saxlamağınız kifayətdir.

OKTYABR AYINA ÖZƏL PEŞƏ
KURSLARINA 20% ENDİRİM
Oktyabr ayı, peşəkar inkişafınıza yeni bir səfər başlamaq və yeni bacarıqları əldə etmək üçün əla bir fürsətdir. Bizim tərəfimizdən təklif olunan bu özəl kampaniya çərçivəsində, oktyabr ayı boyunca qeydiyyatdan keçən bütün peşə kurslarına 20% endirim təqdim olunur. Bu, yeni bacarıqlar öyrənmək və peşəkar inkişafınıza yön vermək üçün mükəmməl bir imkan təşkil edir. Siz peşə kurslarından birinə qoşularaq öz karyera məqsədlərinizə daha da yaxınlaşa, öz potensialınızı maksimuma çıxara və iş dünyasında daha çoxuna nail ola bilərsiniz. Vaxt itirməyin, bu fürsətdən yararlanaraq karyera hədəflərinizi daha da yüksəltməyə başlayın!

GEYİM ÜZRƏ DİZAYNER MƏZUNLARININ TƏLTİFETMƏ TƏDBİRİ.
Geyim üzrə dizaynerlik sahəsində təhsil alaraq uğurla məzun olan tələbələrimizi təltif etmək və onların yaradıcı bacarıqlarını və nailiyyətlərini mühafizə etmək üçün təltifetmə tədbiri bir zərif və zövq sahibi mərasimdir. Bu tədbir, yeni geyim konseptlərinin və kolleksiyalarının tanıdılmasına, tələbələrin maraqlı layihələrinə diqqət çəkməsinə və onların peşəkar dünyada daha böyük nüfuz qazanmağa kömək edir. Tədbir zamanı, tələbələr tərəfindən yaradılmış geyim modelləri və dizaynlar sərgilənir və onların yaradıcı potensiallarına və yaradıcılıq bacarıqlarına qiymət verilir. Bu tədbir, tələbələri peşəkar dizaynerlər kimi müvəffəqiyyətlə işlərini davam etməyə və maraqlı layihələrinin inkişafına təşviq edir. Onların nailiyyətlərinə və yaradıcı bacarıqlarına təltif etmək, geyim dünyasında yeni incəliklərin və yaradıcı fikirlərin tərəqqi etməsinə kömək edir.
.webp)
ÖDƏNİŞSİZ, TƏQAÜDLÜ PEŞƏ KURSLARINA QEYDİYYAT DAVAM EDİR.
Peşəkar inkişafınıza yeni bir maraqli sahə əlavə etməyə hazırsınızsa və ya digər peşəkarlıq sahələrinə dair biliklərinizi artırmaq istəyirsinizsə, ödənişsiz təqaüdlü peşə kursları sizi hər zaman maraqlandıran sahəyə yönləndirə bilər. Bu kurslar, yeni bacarıqları öyrənmək, peşəkar mükəmməliyyət əldə etmək və karyera inkişafınıza bir addım daha yaxınlaşmaq istəyənlər üçün böyük bir fürsətdir. Ən yaxşısı isə, bu kurslar ödənişsizdir və qeydiyyat prosesi davam edir. Öz karyeranızı inkişaf etdirməyə başlamaq və yeni bacarıqları əldə etmək üçün bu fırsatı əldə etməyiniz üçün heç bir mənəvi və maliyyəvi zəruriyyət yoxdur. Siz dərhal qeydiyyatdan keçə bilərsiniz və peşəkar inkişafınıza yoldaş olmağa başlaya bilərsiniz.

10 GÜNLÜK TƏLİMƏ QOŞUL,
İŞLƏ TƏMİN OL!
Bir işlə təmin olmaq üçün 10 günlük intensiv təlim kursuna qoşulmaq, işgüzar tərbiyənizi və bacarıqlarınızı sürətli şəkildə artırmağın ideal bir yoludur. Bu təlimlər, işverənlərə sizi daha cazibədar və səlahiyyətli göstərməyə kömək edəcək praktiki bacarıqların və biliklərin inkişafını təmin edir. 10 günlük təlim, iş dünyasının tələbatlarına uyğun bir şəkildə tənzimlənmişdir və işə qəbul prosesində avantajınızı artırmağa kömək edir. Bu proqramlara qoşularaq, öz karyera məqsədlərinizə daha tez və uğurla çatmaq imkanına sahib olursunuz.